• 22 Sentyabr 2026
logo
Yelisey Sarayı: Makron Putindən humanitar dəhlizlərin açılmasını xahiş etməyib

Yelisey Sarayı: Makron Putindən humanitar dəhlizlərin açılmasını xahiş etməyib

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə Ukraynada humanitar dəhlizlərin açılması ilə bağlı müraciət etməsini təkzib edib.
BBC-yə istinadən xəbərinə görə, bu barədə Yelisey Sarayından yerli mətbuata bildirilib.
Qeyd olunub ki, Makronun Putindən humanitar dəhlizin açılması ilə bağlı heç bir istəyi olmayıb.
Xatırladaq ki, Rusiya tərəfi bu gün səhər saatlarında Makronun xahişi əsasında sükut rejimi elan etdiyini açıqlayıb.