• 21 Sentyabr 2026
logo
Rusiyada “Instagram”a giriş məhdudlaşdırılıb

Rusiyada “Instagram”a giriş məhdudlaşdırılıb - YENİLƏNİB

Roskomnadzor rusiyalılara , o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarının yayılması ilə əlaqədar Instagram sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib. Bu barədə qurumun saytında məlumat yerləşdirilib.
“Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi əsasında Rusiya Federasiyasında “Instagram” sosial şəbəkəsinə giriş məhdudladırılacaq”, - deyə Roskomnadzordan bildirib.
***
16:22

Rusiya Baş Prokurorluğu “Instagram”a girişin məhdudlaşdırılması ilə bağlı Roskomnadzor-a sorğu göndərib.
Qurum həmçinin məhkəmədən “Meta”nın ekstremist təşkilat kimi tanınmasını və onun Rusiyada fəaliyyətinin qadağan edilməsini xahiş edib.
Öz növbəsində, İstintaq Komitəsi Rusiya Silahlı Qüvvələrinə qarşı zorakılıq çağırışlarına icazə verən şirkətin siyasətinə görə iki maddə ilə cinayət işi açıb.