“Mən Nazirlər Şurasının Rusiyanı dərhal Avropa Şurasından çıxarmaq qərarını alqışlayıram”. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib. O qeyd edib ki, Rusiyaya Avropa qurumlarında yer yoxdur.