Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin üzvləri qarşısında videoformatda çıxış edib.
Zelenski Ukraynada qapalı uçuş məkanı yaratmağa alternativ olaraq ölkəyə Hava Hücumundan Müdafiə (HHM) Sistemləri verilməsini istəyib.
O, həmçinin, bütün ABŞ şirkətlərini Rusiya bazarını tərk etməyə, ABŞ limanlarının Rusiya malları üçün bağlanmasına çağırış edib.
Konqres üzvləri Ukrayna Prezidentini ayaq üstə alqışlayıblar.