• 20 May 2024
logo
Təbrizdə Azərbaycan dilində tamaşa icra olunacaq

Təbrizdə Azərbaycan dilində tamaşa icra olunacaq

Azər Əncümən xəbər portalının məlumatın əsasən “Ayaq yalın, lüt, ovucda bir ürək” tamaşası qarşıdakı günlərdə icra olunacaq.

Gunaz.tv

Əli Fütuhi və Əlirza Kuşək Calalinin birgə rüjisroluğu ilə ərsəyə gətirilmiş tamaşa Güney Azərbaycan Təbriz şəhəri Ustad Sadiqi adına Teatrın səhənsində Ayna teatr qrupu tərəfindən icra olunacaq.

Tamaşanın yazıçısı və müəllifi Əlirza Kuşək Calalidir və Mehdi Vəlizadə tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Tamaşa İbrahım Abbasəlizadə tərəfindən canlandırılacaq və müsitiqisi Məsud Məhəmmədian tərəfindən yazılıb.
“Ayaq yalın, lüt, ovucda bir ürək” tamaşası Almaniyada yaşayan bir türk miqrantın həyatından və evinin neofaşistlər tərəfindən od vurulması barədə danışır.

%D8%A7%DB%8C%D8%A7%D9%82.jpg

Tamaşa gerçək bir olayın əsasında yazılıb və tezliklə Təbriz şəhəri Danişsəra dairəsində yerləşən teatrda azərbaycan dilində icra olunacaq.

Ayna teatr qrupu bundan əvvəl “gilənar bağı”, “Taranın acı mahnıları, “divlər diridir” və digər tamaşaları da uruğula canlandırıb.