• 21 Dekabr 2024
logo
Mürtəza Bünyadlı: "Ermənistana qayıdışı beynəlxalq müstəviyə çıxarmalıyıq"

Mürtəza Bünyadlı: "Ermənistana qayıdışı beynəlxalq müstəviyə çıxarmalıyıq" - VİDEO

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində veriliş hazırlayıb.

Verilişimizin qonağı jurnalist, siyasi şərhçi Mürtəza Bünyadlıdır.

M.Bünyadlı bildirdi ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər yeni reallıqlar yaratdı: "Dövlətimiz gələcək inkişaf strategiyasını hazırladı. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu strategiyanın tərkib hissəsidir. İcmanın və konsepsiyanın yaradılması qərbi azərbaycanlıların qayıdışı istiqamətində bu günə qədər atılmış ən konkret hüquqi və təşkilati addımdır. İcma fəaliyyətini çox operativ qursa da, diaspor işini qaneedici hesab etmək olmaz. Biz Qərbi azərbaycanlıların qayıdış məsələsini beynəlxalq müstəviyə çıxarmalıyıq. Necə ki, biz illər öncə "Xocalıya ədalət!" kampaniyasını yüksək səviyyədə həyata keçirdik, eyni işi Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsilə bağlı da görməliyik. Yəqin ki, yaxın vaxtlarda bu istiqamətdə daha real addımlar atılacaq"

M.Bünyadlının Qərbi Azərbaycanla bağlı daha geniş təəssüratı və fikirlərilə verilişi izləməklə tanış ola bilərsiniz.