KTMT üzv ölkələrinin qoşunlarının təlimləri Tacikistanın cənubunda başlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə RİA Novosti Tacikistan Müdafiə Nazirliyinin mətbuat mərkəzinin rəisi polkovnik Faridun Maxmalizodaya istinadən məlumat yayıb.
O, 18-23 oktyabr tarixlərində Tacikistan Silahlı Qüvvələrinin "Momirak" və "Harbmaidon" poliqonlarında "Döyüş Qardaşlığı-2021" birgə əməliyyat-strateji təlimləri çərçivəsində "Eşelon-2021", "Axtar -2021" təlimlər keçiriləcək.
Tacikistan-Əfqanıstan sərhədi yaxınlığındakı təlimlər Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan hərbçilərinin iştirakı ilə keçiriləcək
Təlimlərə Tacikistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general -leytenant Emomali Sobirzoda və KTMT Birgə Qərargah rəisi general -polkovnik Anatoli Sidorov komandanlıq edəcək.
Cavid