Xorvatiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcı təyyarəsi ölkənin şimal-şərqində qəzaya uğrayıb, pilotun axtarışları aparılır.
Baymedia.az xəbər verir ki, bu barədə Xorvatiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Xorvatiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi çərşənbə axşamı planlı təlim uçuşu zamanı Slatina şəhəri yaxınlığındakı əraziyə düşüb. Ekipajın axtarışı və xilas edilməsi üçün bütün tədbirlər görülür", - deyə məlumatda bildirilir.